Dünyanın tarixi incilərindən biri olan Tac Mahal dağıdıla bilər
Mьəllif: admin1
Tarix: 14-07-2018, 21:52
Bцlmə: Xəbərlər
Dünyanın tarixi incilərindən biri olan Tac Mahal dağıdıla bilər
İslaminSesi Hindustan Times-a istinadən bildirir ki, artıq mavzoleyin tamamilə dağılması göz önündədir.

Tac Mahalın 350 il öncə tikildiyi məkanda ağ mərmərlər tamamilə zədələnib və çirk qatına bürünüb. Hindistan hökumətinə məktub yazaraq müraciət edən Ali məhkəmənin hakimi bu problemin 3 həll yolunu göstərib: Tac Mahalın bağlanması, dağıdılması və restavrasiyası.

Hökumət artıq bu məktuba reaksiya verib. Onlar bildiriblər ki, bu məsələ ilə Hindistanın texniki universiteti məşğul olacaq. Onlar yaxın 4 ayda bu məsələ barədə qərar verəcəklər.

Qeyd edək ki, Tac Mahal Hindistanda Aqra şəhərində yerləşir. Mavzoley 1653-cü ildə Şah Cahan tərəfindən tikilib. 1983-cü ildə Tac Mahal YUNESKO tərəfindən dünya mədəniyyət irsinə daxil edilib. Statistikaya əsasən onu hər gün 200 min insan ziyarət edir.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930