Qüds müftisi: “Azan səsini susdura bilməyəcəksiniz”
Mьəllif: admin1
Tarix: 21-06-2018, 18:45
Bцlmə: Xəbərlər
Qüds müftisi: “Azan səsini susdura bilməyəcəksiniz”
Qüds və Fələstinin müftisi, Əl-Əqsa məscidinin imam-cüməsi və xətibi Şeyx Məhəmməd Hüseyn, səsucaldanlardan azan verilməsini tənzimləyən və azan qanunu kimi tanınan qanun layihəsini tənqid edib.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Şeyx Məhəmməd Hüseyn, məsələ ilə bağlı keçirdiyi mətbuat açıqlamasında, məscidlərin minarələrindən yüksələn “Allahu əkbər” sədasının ibadətlə bağlı imanın bir rəmzi olduğunu deyib.

Azanın işğalçı sionist rejiminin azğın düşüncəsi ilə iddia etdiyi kimi narahatlıq verici olmadığını bildirən Şeyx Məhəmməd Hüseyn, işğalçıların müsəlmanların ibadət azadlığına açıq-aşkar müdaxilə etdiyini bildirib.

Şeyx Məhəmməd Hüseyn azan qadağası işinin yenidən gündəmə gətirilməsinin və azanın səs-küy olaraq qəbul edilməsinin ekstremizmə xidmət etdiyini və işğalçı rejimin irqçi ayrı-seçkiliyini əks etdirdiyini bildirib.

İbadət azadlığına və müqəddəs məkanlara hücum çağırışlarının işğal rejiminin digər səmavi dinlərin mənsublarına qarşı pozuntularının davamı xüsusiyyətində olduğunu qeyd edən Şeyx Məhəmməd Hüseyn, Fələstin izinin yox edilməsi üçün məscidlərə və kilsələrə qarşı təxribatların fasiləsiz davam etdiyini ifadə edib.

Şeyx Məhəmməd Hüseyn UNESCO başda olmaqla beynəlxalq qurum və təşkilatlara müraciət edərək, məscidləri və İslam əsərlərini hədəfə alan pozuntuların qarşısının alınmasını tələb edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031