Əhli sünnə alimləri Ayətullah Sistaninin müdafiəsinə qalxdı
Mьəllif: admin1
Tarix: 18-04-2014, 18:46
Bцlmə: Xəbərlər
İslamazeri.az-ın “Al-Alam”-ə istinadən verdiyi xəbərə görə, Livanın “Söz və əməl” cəmiyyətinin başçısı Şeyx Əhməd əl-Qətan Ali-Xəlifə rəsmilərini xalqa üz tutmağa, xalqın istəklərinin həyata keçiriliməsi istiqamətində alimlər və ruhanilərlə danışıq aparmağa və demokratiyaya tərəf addım atmağa dəvət edib. Əl-Qətan müsahibə zamanı Ali-Xəlifə rejiminin Ayətullah Nəcatiyə qarşı etdiyi hərəkətinə reaksiya olaraq deyib: “Bu addımlar zülmdür və təkcə Bəhreyn xalqının müəyyən bir kateqoriyasını hədəfə alır.”

Səydada Qüds məscidinin İmamı və xətibi Şeyx Mahir Həmud da Ali-Xəlifə rejiminin Şeyx Hüseyn əl-Nəcatiyə qarşı təhdidlərini qınıyıb və Ali-Xəlifə rejimndən tələb edib ki, təcili şəkildə əl-Nəcatinin Bəhreyndən deportasiya məsələsinə yenidən baxılsın. O, Ayətullah Nəcatinin Ayətullah Sistaninin nümayəndəsi olaraq müsəlmanların nəzərində xüsusi yerinin olduğuna toxunaraq bildirib ki, Nəcatinin ölkədən çıxarılma qərarının dinə, insaniyyətə və milliyyətçiliyə heç bir dəxli yoxdur.
islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031