BMT-nin baş katibi dünyanın ən böyük problemini açıqladı
Mьəllif: admin1
Tarix: 19-06-2018, 21:32
Bцlmə: Xəbərlər
BMT-nin baş katibi dünyanın ən böyük problemini açıqladı
BMT-nin baş katibi Antonio Quterres Yaxın Şərqdəki vəziyyətin beynəlxalq cəmiyyət üçün ən böyük problem olduğunu bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Finlandiyanın prezidenti Sauli Niinistönün yay iqamətgahındakı mübahisə klubunun iclasında danışan Quterres, Yaxın Şərqdəki vəziyyətin beynəlxalq cəmiyyət üçün böyük problem olduğunu bildirib.

“Ümumi qaydalara uyğun gəlməyən İsrail rejimi, İran və digər bir çox ölkələr var. Münaqişələrin qarşısını almaq üçün mexanizm yoxdur”, - deyə Quterres bildirib.

Ölkələr arasında artan inamsızlıq və kiber müharibənin başlanma riskinin ciddi narahatlıq yaratdığını qeyd edən baş katib, sözlərinə belə davam edib:

“Əgər gələcəkdə iki ölkə arasında müharibə baş versə, kütləvi kiber hücumların olacağına şübhə etmirəm. Bu təkcə müdafiə sisteminə yox, mühüm sosial infrastruktura da aiddir. Dünya buna hazır deyil”.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031