Nigeriya polisi 3-cü gündür Şeyx Zəkzəki tərəfdarlarına qarşı hücum edir
Mьəllif: admin1
Tarix: 19-04-2018, 21:12
Bцlmə: Xəbərlər
Nigeriya polisi 3-cü gündür Şeyx Zəkzəki tərəfdarlarına qarşı hücum edir
Nigeriya təhlükəsizlik qüvvələrinin təzyiqlərinə baxmayaraq, nigeriyalı Əhli-Beyt (ə) ardıcılları Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün aprelin 18-də paytaxt Abucada mitinq keçiriblər.

Deyerler.org islamicmovement-ə istinadən xəbər verir ki, son 3 gündür Abucadakı mitinqlərə Nigeriyanın təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq, nigeriyalı Əhli-Beyt (ə) ardıcılları Şeyx Zəkzəki azadlığa buraxılana qədər dinc aksiyalarına davam edəcəklərini bildirirlər.

Nigeriya polisi aprelin 18-də paytaxtın Maytama rayonunda keçirilən dinc etiraz aksiyasına da sərt müdaxilə edib. İnsan Haqları üzrə Milli Komissiyanın binası istiqamətində keçirilən yürüş mitinqin yolu üzərində Nigeriya polisi barrikada qurub. Aksiyada onlarla nümayişçinin həbs edildiyi qeyd olunub.

Bundan başqa, Nigeriya təhlükəsizlik qüvvələri paytaxt küçələrində Şeyx Zəkzəkinin tərəfdarlarına oxşayan hər kəsi həbs etməyə başlayıb.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031