Nigeriya polisi Əhli-Beyt (ə) alimini şəhid etdi
Mьəllif: admin1
Tarix: 6-02-2018, 14:52
Bцlmə: Xəbərlər
Nigeriya polisi Əhli-Beyt (ə) alimini şəhid etdi
Yanvarın 9-u Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün paytaxt Abucada keçirilən dinc kasiyada polisin açdığı atəş nəticəsində ağır yaralanmış nigeriyalı Əhli-Beyt (ə) alimi Şeyx Qasım Umar Sokoto, fevralın 5-i müalicə aldığı Kano Ortopediya Xəstəxanasında dünyasını dəyişib.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Şeyx Qasım Umar Sokotonun oğlu Muhəmməd Umar Qasım atasının ölümü ilə bağlı mətbuata açıqlamasında belə deyib: “Atam xəstəxanada şəhid oldu. O, Abucadakı mitinqdə polisin sərt müdaxilə etməsi nəticəsində ağır yaralanmış və çoxlu qan itirmişdi. Biz atamızın vəziyyətinin pisləşməsi ilə bağlı sadəcə dünən, onun şəhid olmasından bir neçə dəqiqə əvvəl məlumat əldə etdik. Bu məlumatı onu əməliyyat edən cərrah bizə bildirdi. Atama atılan gülə zəhərli olub və onun vəziyyətinin pisləşməsilə nəticələnib”.

O, atasının fevralın 6-sı Sokota əyalətinin Kofar Mobera rayonundakı qəbiristanlıqda dəfn ediləcəyini bildirib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031