Misirdə görmə qüsuru olan 6 yaşlı uşaq Qurani-Kərimi tam hifz etdi
Mьəllif: admin1
Tarix: 1-04-2018, 08:59
Bцlmə: Xəbərlər
Misirdə görmə qüsuru olan 6 yaşlı uşaq Qurani-Kərimi tam hifz etdi
Misirli görmə qüsurlu Məhəmməd Səlamə Aşri 6 yaşında Qurani-Kərimi tamamilə hifz edə bilib.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Qurani-Kərimin bütün ayələri və səhifələrinin sayını hifz etməsi bu misirli uşağın dahiliyinin təzahürüdür.

Gözdən əlil olan bu uşaq Misirin Buheyra əyalətində yaşayır. Misirdə keçirilən 25-ci Beynəlxalq Quran Müsabiqəsində 12 yaşdan aşağı uşaqlar üçün Qurani-Kərimin tamamilə hifz edilməsi bölməsində iştirak edib.

Məhəmməd Quran hafizi olması ilə birlikdə, Qurani-Kərimin bütün ayələri və səhifələrinin sayını da əzbərdən deyə bilir.

Misirli görmə qüsuru olan bu uşaq Quran tilavətində özünə mərhum Şeyx Əbdül Basit Əbdüs Səmədi və təfsirdə Şeyx Məhəmməd Şeravini nümunə götürüb. O, hazırda Əl-Əzhərin nəzdində bağlı məktəbdə təhsil alır.

Xatırladaq ki, Misirdə 25-ci Beynəlxalq Quran Müsabiqəsi 24-29 mart tarixləri arasında Misir İslami İşlər və Vəqflər Nazirliyinin səyi ilə bu ölkənin paytaxtı Qahirədə keçirilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930