Əqli qüsuru olan fələstinli uşaq Qurani-Kərimi tamamilə hifz etdi
Mьəllif: admin1
Tarix: 7-07-2017, 19:33
Bцlmə: Xəbərlər

 Yazıb oxumağı bilməyən fələstinli əqli qüsuru olan bir uşaq Qurani-Kərimi tamamilə hifz edib.

 

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, fələstinli 9 yaşlı İbrahim Məcid Kəbacə Qəzzanın Nəsirat düşərgəsində yaşayır. O, anadan gəlmə əqli qüsuru və inkişaf zəifliyindən əziyyət çəkir.

 

İbrahimin əmisi Mazən Kəbacə onun barəsində belə danışıb: "İbrahimin anası onu Qurana qulaq asması üçün həmişə televizorun yanına qoyardı. Uşaq böyüdüyü vaxt televizorda oxunan Quran ayələrinə diqqət yetirərdi.

 

Amma bir neçə il sonra uşağın bir çox Quran ayəsini əzbərləyə bilməsi onun Quranı tamamilə əzbərləyə biləcəyini bizə sübut etdi.

 

İbrahimdə baş verən möcüzə onun görmə və əqli qüsurlu olmasına və bu səbəbdən məktəbə gedə bilməməsinə baxmayaraq, bu yaşda Quranı hifz etməsidir. Amma diqqət ediləsi məsələ, onun Quran ayələrini hansı kitabda olursa olsun, məsələn; məktəb kitabı, təfsir, hətta mobil telefon ekranlarında eşidərək oxuya bilməsidir. O, digər ərəb dilində olan cümlələri oxuya bilmir".

 

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031