"İsrail bəhayi təbliğatı ilə Yəmənə daxil olmaq istəyir"
Mьəllif: admin1
Tarix: 24-03-2018, 22:00
Bцlmə: Xəbərlər
"İsrail bəhayi təbliğatı ilə Yəmənə daxil olmaq istəyir"
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Yəmən "Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik Husi İsrailin bəhayilik yolu ilə Yəmənə nüfuz etmək istədiyini bildirib.

Husi bəhailik firqəsinin sionist rejimin dəstəyi ilə bir daha Yəməndə fəaliyyətə başladığını bildirərək deyib: "Düşmən yumşaq müharibə yolu ilə Yəmən xalqını diz çökdürməyi düşünür. Şeytanpərəst bəhailik düşüncəsi İslama zərbə vurmağı planlaşdırır."

"Ənsarullah" lideri İsrailin bu yolla bütün dünyaya yol axtardığını da sözlərinə əlavə edib.

Seyid Əbdülməlik Husi həmçinin Yəmən xalqını ABŞ və Səudiyyə Ərəbistanının bu ölkəyə təcavüzünün 3-cü ildönümü aksiyalarında geniş iştiraka çağırıb.

"3 il müddətində Yəmən xalqına qarşı qırğınlar və dağıdıcı hücumlar Yəmən xalqının iradəsini və müqavimətini qıra bilməyib.", -deyə "Ənsarullah" lideri qeyd edib.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031