Türkiyədə təriqət liderləri Muaviyəyə görə qırğına çıxdılar - ƏTRAFLI
Bu təriqətlərin ara-sıra dində olmayan bir şeyləri deməsi isə, müsəlmanların hədəfinə tuş gəlir. Bəzən isə təriqət liderinin həqiqət söyləməsinə də etiraz edən digər təriqət lideri tapılır.
Bir müddət əvvəl "mənim əlimi öpən cənnətə girəcək" deyən nurçuların uşşaki təriqətinin liderlərindən olan Fatih Nurullah İmam Əli düşməni, İmam Hüseynin (ə) qatili olan Yezidin atası Muaviyə haqqında açıqlamasına, Nəqşibəndi təriqətinin İsmailağa camaatının lideri Cübbəli Əhməd Hoca kimi tanınan - "130 tl-yə satdığı tərlikləri alanlar bərəkətli olub, yuxuda peyğəmbəri görəcəklər", - deyən Əhməd Mahmud Ünlünün reaksiyası sərt olub. İslamazeri.com bu haqda Türkiyə mediasına istinadən xəbər verir. Məlumata görə, nurçuların uşşaki təriqətinin liderlərindən olan Fatih Nurullah çıxışları zamanı Müaviyə o zaman İmam Əliyə qarşı çıxmasını, "o müctehid idi ictihad etdi" kimi cümlələrlə müdafiə edən Cübbəli və onu kimi düşünənlərə, "Muaviyəni sevən yanıma gəlməsin. İctihad etdi deyirlər. Onda FETO da, ictihad etdi. Onun Şam-ı da, Pensilvanyadır.", -deyə cavab verib. Buna etiraz olaraq Cübbəli "belə şeyxlikmi olar, belə təsəvvüfmü olar, şəriətsiz dinsiz təriqətmi olar?", -deyərək "Millət də bunlara murid olur", - qeyd edib. Fatih Nurullah isə, Cübbəlinin adını çəkmədən "kimsiz siz, məşrəbiniz məzhəbiniz nədir, yazığ olsun sizə, tərbiyəsizlər, əxlaqsızlarsız", -deyə ikinci dəfə cavab verib. Oxşar xəbərlər
|
|