Həzrət Əliyə (ə) qarşı vuruşanlar haqda 7 sual
Mьəllif: admin1
Tarix: 31-03-2024, 10:42
Həzrət Əliyə (ə) qarşı vuruşanlar haqda 7 sual
Ayətullah Seyid Hüseyni Qəzvininin İmam Əliyə (ə) qarşı çıxanlar haqda vəhhabilərə 7 sual ünvanlayıb.

Xatırlatmaq lazımdır ki, suallar elmi araşdırmadan ötrü və elmi çevrələr üçün nəzərdə tutulub, digərlərinin qarşıdurma yaratmaq məqsədilə sui-istifadə etməsinə yol vermək olmaz:

1. Peyğəmbər (s) buyurub: “Əli ilə vuruşan mənimlə vuruşub”. (“Müsnəd Əhməd”, 2-442; “Səhih İbn Hibban”, 15-434; Hakim Nişapuri. Əl-Müstədrək, 3-161)

Sizin Cəməl və Siffeyn döyüşlərində Əliyə (ə) qarşı döyüşənlər haqda fikriniz nədir?

Onlar Peyğəmbərlə (s) vuruşmuş sayılırlarmı? Əgər onların ictihad etdiklərini düşünürsünüzsə, deyin görək hansı ayə və hədisə istinad edib Əli (ə) ilə vuruşmağı lazım bildilər?

2. Peyğəmbər (s) buyurub: “Mənim dostuma qarşı düşmənlik edənə döyüş elan edirəm”. (Buxari, 7-190, hədis: 6502)

Siz Əlini (ə) Peyğəmbərin (s) dostu sayırsınızmı? Əgər sayırsınızsa, Peyğəmbərin (s) onunla vuruşanlara döyüş elan etməsini necə başa düşürsünüz?

3. İmam Əliyə (ə) qarşı Cəməl döyüşünün Əbu Bəkrə qarşı aparılan döyüşlərlə nə fərqi var?

Əbu Bəkr onların hamısını mürtəd adlandırıb qılıncdan keçirdi, halbuki onlar yalnız xəlifəni qəbul etmirdilər. Siz Əbu Bəkrin bu işini alqışladığınız halda nə üçün İmam Əlinin döyüşlərinə fərqli münasibət göstərirsiniz?

4. Əgər Cəməl və ya Siffeyn döyüşündə Əli məğlub olub öldürülsəydi, onun qatillərini də Osmanın qatilləri kimi pisləyib lənətləyərdiz?

Yoxsa deyəcəkdiz ki, onlar müctəhid idilər və ictihadlarına görə onları qınamaq olmaz?

5. Peyğəmbər (s) buyurub: “Əmmarı zalım dəstə öldürəcək. O onları cənnətə, onlar isə onu cəhənnəmə çağırarlar”. (Buxari, 3-207, hədis: 2812)

Deməli, Müaviyə cəhənnəmə çağıranlardandır, çünki Əmmarı onun adamları öldürdülər. Bəs siz nə üçün onu tərifləyir, adını çəkəndə dua edirsiniz? Bu, Peyğəmbərin (s) sözlərinə zidd deyil?!

6. Peyğəmbər (s) buyurub: “İmamsız dünyadan köçən cahiliyyətdəki kimi dünyadan köçmüşdür”. (Müslim, 6-22, hədis: 4686; “Müsnəd Əhməd”, 4-96)

Deyin görək Cəməl döyüşündə ölən Təlhə və Zübeyr imamsız ölmüşlər, yoxsa yox?

7. Abdullah ibn Ömər Yezidə qarşı çıxanlara Peyğəmbərin (s) bu məzmunda hədis buyurduğunu söyləmişdi: “Kim hakimə qarşı çıxsa, qiyamət günü üzrü olmayacaq və cəhənnəmə gedəcək”. (Müslim, 6-22, hədis: 4686)

Sizcə Əlinin hakimiyyəti araq içən və qumar oynayan Yezidin hakimiyyəti qədər də qanuni deyildi?

Bəs nə üçün ona qarşı çıxanları eyni hökmə şamil etmir, üstəlik, Əliyə qarşı çıxanların ictihad etdiyini söyləyib bir savab qazandıqlarını iddia edirsiniz?


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930