Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqladı
Mьəllif: admin1
Tarix: 16-02-2018, 10:26
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqladı
İslamazeri.com-un İRNA-ya istinadən verdiyi xəbərə görə, İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncənin təkfirçilik olduğunu bildirib.

O Əfqanıstan paytaxtı Kabulda keçirilən şiə-sünni alimlərin iştirak etdiyi "Radikallıqla müdafiə yolları" adlı tədbirdə video konfrans vasitəsilə "təkfirçilərin bu gün İslam dünyasında od vurduqları atəşin səbəb olduğu xarabayı gələcək 50 ildə belə bərpa etmək mümkün olmayacaq", - deyə qeyd edib.

Ayətullah Məkarim Şirazi bildirib ki, təkfirçilərin hədəfi təkcə şiələr deyil, öz maraqlarına uymayan sünni müsəlmanlar da onların hədəfinə tuş gəlməkdədirlər.

İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi sözlərinin davamında təkfirçiliyin İslam Dünyası sərhədlərini də aşdığını, bugün onların dünyanı bel ətəhdid etdiyini qeyd edərək, onlarla təkcə hərbi yolla mübarizə etməyin mümkünsüz olduğunu önə çəkib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031