Ayətullah Məkarim Şirazi: İslam alimləri təkfirçi cərəyanın kökünü kəssinlər
Mьəllif: admin1
Tarix: 29-12-2015, 10:30
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: İslam alimləri təkfirçi cərəyanın kökünü kəssinlər
Böyük təqlid mərcələrindən Ayətullah Məkarim Şirazi deyib: İslam alimləri vəhdət və həmrəyliklə islam dünyasında təkfirçilik ideologiyasının kökünü qurutmalıdırlar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Qumda böyük təqlid mərcələrindən Ayətullah Məkarim Şirazi Türkiyənin dəyanət işləri naziri ilə görüşdə deyib: Hazırda təkfirçi cərəyanların təhlükəli inancları islamın əsasını hədəfə alıb və bütün islam alimləri həmrəylik və birliklə onun kökünü kəsməlidirlər.

Ayətullah Məkarim Şirazi bildirib: Əsil islam təfəkkürünün dünyada böyük rəğbətlə qarşılandığı halda təkfirçi cərəyan müsəlmanların qanını axıtmaq və ölkələrin infrastrukturlarını dağıtmaq kimi vəhşicəsinə hərəkətləri ilə islamdan qeyri-münasib, qantökən və pis imic sərgiləyirlər. Şühbəsiz bu məsələ islam düşmənlərinin planlarıdır.

Ayətullah Məkarim Şirazi İran və Türkiyə xalqlarının dini və mədəni ortaqlıqlarına toxunaraq islam dünyasının problemləri ilə mübarizədə iki ölkə alimlərinin düşüncələrini çox yaxın adlandırıb və deyib: Türkiyə islam dünyası və dünyada təsirli rola və uzun keçmişə malik ölkədir.

Türkiyə diyanət işləri naziri Məhəmməd Görməz də bu görüşdə elmi mərkəzlərdə təkfirçi ideyologiyasının nüfuz etməsinin qarşısının alınmasını bəyan edərək deyib: İslam alimləri həmrəylik və birliklə zəhərli xəncər olan təkfirçi cərəyanı islam ictimaiyyətinin bədənindən çıxarmalıdırlar.



sahartv.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930