Fələstinli fəallar sosial mediada `Qəzzəni xilas edin` kampaniyası başlatdı
Mьəllif: admin1
Tarix: 27-01-2018, 12:48
Bцlmə: Xəbərlər
Fələstinli fəallar sosial mediada `Qəzzəni xilas edin` kampaniyası başlatdı
Fələstinli sosial media fəalları #savegazza haştaqı ilə kampaniyaya start veriblər.

Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, fələstinlilər 10 ildir mühasirədə saxlanılan Qəzzanı fotolarını da məlumatlara əlavə ediblər.

Məlumatlarda qeyd edilib ki, Fələstin hazırda dünyada iqtisadiyyatı və həyat səviyyəsi ən aşağı olan ölkələrdən biridir və bunun da səbəbi işğalçı sionist İsrail rejimidir.

Fəallar Qəzza xalqına tətbiq edilən zorakılığa son qoyulmasını tələb ediblər.

Politoloq İbrahim əl-Mədhun deyib ki, Qəzza iqtisadi, sosial və ətraf mühit baxımından "kliniki ölüm" səviyyəsindədir və vəziyyət hər keçən gün daha da çətinləşir.

Qeyd edək ki, kampaniyaya qısa zaman böyük maraq göstərilib və sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930