Nigeriyada polisin açdığı atəş nəticəsində Əhli-Beyt (ə) alimlərindən biri yaralandı
Mьəllif: admin1
Tarix: 10-01-2018, 18:07
Bцlmə: Xəbərlər
Nigeriyada polisin açdığı atəş nəticəsində Əhli-Beyt (ə) alimlərindən biri yaralandı
Nigeriyanın təhlükəsizlik qüvvələri Şeyx Zəkzəkinin tərəfdarlarının yanvarın 9-u paytaxt Abucada keçirdikləri dinc etiraz aksiyasına sərt müdaxilə edib.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya polisi “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə paytaxt küçələrinə çıxan etirazçılara göz yaşardıcı qaz və həqiqi güllələrlə müdaxilə edib. Polisin açdığı atəş nəticəsində ölkədəki Əhli-Beyt (ə) alimlərindən Şeyx Qasım Umar Sokoto ayağından yaralanıb.

Polis, qadınlar da daxil olmaqla, xeyli sayda nümayişçini həbs edib. Nümayişçilər hökumətdən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azad etməsini tələb edirdilər.

Nigeriya polisi Şeyx Zəkzəkinin tərəfdarlarının ölkənin Kaduna şəhərində keçirdikləri mitinqə sərt müdaxiləsi nəticəsində 2 nəfər etirazçı şəhid olmuşdu.

Qanunsuz yerə 2 ildir həbsdə saxlanılan Şeyx Zəkzəkinin səhhətinin bir neçə gündür ki, pisləşdiyi bildirilir.

Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031