Şeyx Zəkzəkinin səhhəti pisləşdi
Mьəllif: admin1
Tarix: 8-01-2018, 15:12
Şeyx Zəkzəkinin səhhəti pisləşdi
Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin səhhətinin pisləşdiyi bildirilib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Yəqubi Zəkzəkinin qızı atasının səhhəti barədə mətbuata açıqlama verib.

Şeyx Zəkzəkinin qızı atasının hökumət tərəfindən qanunsuz olaraq həbsdə saxlanıldığını bildirərək, atasının müalicə alması üçün həkimə və ya xəstəxanaya müraciət etməsinə də icazə verilmədiyini qeyd edib.

O, atasının səhhətinin pisləşdiyini və günü-gündən zəiflədiyini bildirib.

Xatırladaq ki, 12-14 dekabr 2015-ci il tarixləri arasında Nigeriya təhlükəsizlik qüvvələri kişi, qadın və uşaq olmaqla yüzlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılını qətlə yetirmiş və 200-dən çox müsəlmanı həbs etmişdi. Həlak olanların dəqiq sayı məlum deyil, ancaq rəsmi göstərici 347-dən daha çox ola biləcəyini göstərir. Yüzlərlə İMN tərəfdarının da qətliamlardan sonra itkin düşdüyü bildirilir.

2015-ci ildəki hücumlar səbəbilə Şeyx Zəkzəkinin sol gözü görmə qabiliyyətini tamamilə itirib. Nigeriyanın Ali Məhkəməsi Şeyxin azadlığa buraxılmasına dair verdiyi qərara baxmayaraq, Nigeriya hakimiyyəti və ordusu Şeyx Zəkzəkinin azad edilməsindən boyun qaçırır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930