Səudiyyə kralının Qüdslə bağlı mövqeyi sosial şəbəkələrdə gülünc obyektinə çevrilib
![]() İslaminSesi.info xəbər verir ki, kral Salman nə də onun oğlu birinci vəliəhdi Məhəmməd bin Salman Qüdslə bağlı İstanbulda keçirilən növbədənkənar təcili zirvə sammitinə getməmişdi. Kral ötən gün Səudiyyə Şura Məclisində çıxışı zamanı ötəri də olsa Qüds məsələsinə toxunub. Amma onun bu toxunuşu sosial şəbəkələrdə gülünc obyektinə çevrilib. ABŞ-ın bölgədə İsraildən sonra ən böyük müttəfiqi olan Səudiyyənin kralı deyib: “Krallıq Amerikanın Qüdslə bağlı qərarını pisləyir və ondan təəssüf hissi keçirir. Bu Fələstin xalqının tarixi hüquqlarının və aidiyyatı beynəlxalq qərarların Qüds üçün təyin etdiyi hüquqların ziddinə meyillənməkdir.” “İslam hərbi koalisiyası”nı təsisini və onun başçılığını iddia edən Səudiyyənin kralının bu toxunuşu sosial şəbəkələrdə gülünc obyektinə çevrilib: Siyasi fəallardan biri kralı belə yamsılayıb: “Mən bu gün sionist dövlətinə qarşı Fələstin xalqının əleyhinə atdığı addımlara görə müharibə elan edirəm”. Digər fəal, Qüdslə bağlı qərarından öncə Trampın Səudiyyə kralına zəng etdiyini xatırladıb və belə yazıb: “Kral Salman Yəməndə olan qüvvələrinə əmr edib ki, İsrailə tərəf istiqamətlənsinlər, İsraili vurub, Qüdsü və digər işğal edilmiş əraziləri azad etsinlər”. Oxşar xəbərlər
|