Ramazan - insanın mənəvi və ruhani cəhətinin təlim zamanı
Mьəllif: admin1
Tarix: 4-07-2014, 14:48
Bцlmə: Xəbərlər
Ramazan - insanın mənəvi və ruhani cəhətinin təlim zamanı

Ayətullah Xameneinın Ramazan ayı ilə bağlı çıxışlarından...
İdman etməyən insanın bədəni zəif və gücsüz olur. Kim olursunuzsa-olun, sümükləriniz nə qədər bərk olursa-olsun, əgər idman etməsəniz, yeyib-yatsanız, bədəniniz zəifləyəcək. Buna şübhə yoxdur. İdman etməsəniz, bədəniniz lazımi formada inkişaf etməyəcək. Bəzi gözəllikləri idman aşkara çıxarır, idmansız görünmürlər. Sizin ruhunuz da eynilə belədir. İdman olmasa, təlim və riyazət olmasa, güclənməyiniz imkansızdır.
Çoxlu insanların bədənləri güclü və gözəl, ruhları isə arıq, çirkin, gücsüz və zəifdir. Bunun faydası yoxdur. Bütün ibadətlər bizim idman etməyimiz, tərbiyə olunmağımız və inkişafımız üçündür. Əlbəttə, ibadətləri tanımaq lazımdır. Onların da cismi və ruhu var. İbadətlərin cismi təklikdə kifayət etmir. İnsan namaz halında dediyi zikrlərə diqqət yetirməsə, nə dediyini, kiminlə danışdığını bilməsə və məzmununa tam diqqətsiz halda namaz qılsa, bunun faydası olmaz.

Sözsüz ki, ərəb dilini bilməyənlər bu cümlələrin mənasını anlamırlar. Əgər insan namaz halında ən azı Allahla danışdığını bilsə və Allahı yada salsa, bu da yaxşı haldır. Amma çalışın namazın mənasını öyrənin. Namazın mənasını öyrənmək çox asan işdir. Bu bir neçə cümlənin tərcüməsini çox tez öyrənə bilərsiniz. Mənasına diqqət yetirərək namaz qılın. Belə namaz hər bir təqvalı insanı Allaha yaxınlaşdıran[23] namaz olacaq. Namaz insanı Allaha yaxınlaşdırır, amma təqvalı insanı.

Oruc təqvaya bais olur və onu yaradır, amma diqqətli oruc. Mən birinci məclislərdə oruc hədislərinə işarə vurdum. Burada çıxış edən digər cənablar da buna toxundular. Oruc yalnız insanın yeyib-içməməsi üçün deyil, sizin ruhunuzun bir növ tərbiyəsidir. Siz ruhunuzu orucla sağlam saxlaya, paklaya və təmizləyə bilərsiniz.

Böyük bir ibadət sayılan zəkatın və ehsanın da cismi və ruhu vardır. "(Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır"[24]. Bu zəkat bizim daxilimizdəki tamahkarlığı və xəsisliyi sındırmalı, dünya malına sevgimizi yox etməlidir. Belə zəkat yaxşı zəkatdır.

Allaha şükür olsun ki, bu il ramazan ayı otuz gün oldu. Bir neçə il idi ramazan ayı iyirmi doqquz gün olurdu, bu il isə bir gün çox oldu. Siz otuz gün oruc tutub, ürəkdən namaz qıldınız, dua etdiniz. Bu şübhəsiz ki, sizə təsirsiz ötüşməyəcək. Biz bu təsiri qorumağa çalışmalıyıq. Bu təsir dəyərli məsələdir. Əgər bizdə diqqətli namaz, oruc və insanı oyadan zikr olsa, o zaman İslama günbəgün yaxınlaşan bir müsəlman olacağıq. Müsəlman cəmiyyətlərində İslamın məqsədlərinə yaxınlaşmayan, əksinə, uzaqlaşan insanlar varsa, o cəmiyyətlərin bir eybi budur. Bəlkə də çoxlu nöqsanlar var, amma biri budur. /Ayətullah Xameneinın çıxışlarından..../

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930