Alimlər keçəlləşmə əleyhinə dərman tapdılar
Mьəllif: admin1
Tarix: 25-11-2017, 22:17
Alimlər keçəlləşmə əleyhinə dərman tapdılar
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Cənubi Koreyada yerləşən Yonsey Universitetinin araşdırmaçıları qısa müddət ərzində yeni tüklər bitirən dərman hazırlayıblar.

Yeni dərman birləşərək tük qovuqcuqlarının bərpasına mane olan 2 növ zülalın sintezinin qarşısını alır. Laboratoriya siçanları üzərindəki eksperimentlər göstərib ki, müvafiq terapiya başladıldıqdan 28 sutkadan sonra gəmiricilərin tükləri bərpa olmağa başlayıb.

Mütəxəssislər öz yeni ixtiralarını təhlükəsizlik məqsədi ilə heyvanların üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

Cənubi koreyalı alimlərin sözlərinə görə, onların araşdırması Kaliforniyadan olan həmkarlarının işi üzərində əsaslanıb. Amerikalı alimlər saçların bitməsini gövdə hüceyrələrinin yeridilməsi ilə stimullaşdırırdılar.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930