Alimlər insan beynindən pis xatirələri silməyin yolunu tapdı
Mьəllif: admin1
Tarix: 19-04-2017, 23:39
Alimlər insan beynindən pis xatirələri silməyin yolunu tapdı
Mütəxəssislər beynin arzuolunmaz xatirəsini silmək üçün bir yol hazırlayıblar.
Deyerler.org-un xəbərinə əsasən, tibb dünyasında yeni yol açacaq bu tədqiqatda, siçanlar üzərində "qorxu və təhdid" ilə bağlı xatirələri olan beyin hüceyrələri aşkarlanıb və bu xatirələri silinməsinə nail olunub.
Mirror qəzetində gedən xəbərə əsasən, kanadalı alimlər bu üsulla beyindəki digər xatirələrə toxunulmadan yalnız pis xatirələri sildiklərini açıqlayıb. Toronto Universitetində aparılan tədqiqatda, beyində milyonlarla hüceyrə olduğunu bildirən alimlər belə danışıblar: "Milyonlarla beyin hüceyrəsi arasında yalnız bir ovuc pis xatirə var. Bu pis xatirələri digər hüceyrələrə zərər vermədən silməyi bacardıq".
Mütəxəssislər uğurla həyata keçirilən bu təcrübənin qarşıdakı illərdə insanlar üzərində sınaqdan keçiriləcəyini də qeyd ediblər. Bu üsulun təcavüzə məruz qalan qadınlar, travma sonrası stress pozğunluğu ilə üzləşən əsgərlərə köməyinin dəyəcəyi bildirilir.
Bəzi əxlaq mütəxəssisləri isə, xatirələrin insanı yaradan həyatın bir hissəsi olduğunu bildirirlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930