Səəd Həriri: Tezliklə Livana qayıdacağam
Mьəllif: admin1
Tarix: 13-11-2017, 10:26
Bцlmə: Xəbərlər
Səəd Həriri: Tezliklə Livana qayıdacağam
Livanın Səudiyyə Ərəbistanında istefasını elan etmiş Baş naziri Səəd Həriri istefasından sonra ilk dəfə televiziyaya müsahibə verib.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, Riyad hökuməti tərəfindən girovluqda saxlanması ilə bağlı səsləndirilən şübhələri aradan aparmaq məqsədilə müsahibə verən Həriri istefası ilə bağlı bir sıra sualları cavablandırıb.

Özünün nəzarət etdiyi "Future TV" kanalına eksklüziv müsahibədə Həriri bu istefanın Livanın maraqlarına cavab verdiyini iddia edib. O, Livanı təhlükəsizlik məsələsilə bağlı tərk etdiyini dilə gətirsə də, həyatından narahat olmadığını qeyd edib.

Sabiq Baş nazir tezliklə Livana qayıdacağını da deyib.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31