"Hizbullah bu gün var olduğu müddətin ən qüvvətli dövrünü yaşayır"
Mьəllif: admin1
Tarix: 11-11-2017, 10:05
Bцlmə: Xəbərlər
"Hizbullah bu gün var olduğu müddətin ən qüvvətli dövrünü yaşayır"
“İslaminSesi” xəbər verir ki, Livan Hizbullah Təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah "Ərbəin" və "Hizbullah şəhidi" günü münasibətilə çıxış edib
Seyyid Həsən Nəsrullah çıxışı zamanı Livanın istefa vermiş baş naziri Səid Həriri ilə bağlı qeyd edib ki, o Səudiyyə Ərəbistanında girovdadır.

Onu istefa verməsi ilə bağlı məcbur edildiyini söyləyən Hizbullah rəhbəri, qeyd edib ki, ölkənin məsul qurumları onun geri qaytarllması üçün əllərindən gələni etməlidirlər:

“İstefasından öncə Livanda sabitçilikdən danışan şəxsin bir həftə sonra eyni şeyə görə istefa verməsi mümkün deyil. Səudiyyə Ərəbistanı İsrailə Livanda Hizbullahla müharibə etməsini təklif edib. İsrail bu təklifi incələyir. Mən bunu bizə gələn dəqiq məlumatlar əsasında deyirəm. Amma İsrail istəyir ki, döyüşə girmədən Hizbullahı zəif yaxalasın. Buradan elan edirəm ki, Hizbullah bu gün var olduğu müddətin ən qüvvətli zamanını yaşayır.”

Həsən Nəsullah onu da əlavə edib ki, Suriya və İraqda terrorçuları dəstəkləyərək çəkdikləri planların Hizbullah və İran tərəfindən allt-üst edilməsi onları indi Hizbullaha və İrana qarşı cəbhə açmağa sövq edib. Amma onların Livan barədə bütün planları məğlubiyyətlə üzləşəcək:

“Yəmən mövzusunda geri addım atmayacağıq və Yəmən xalqını Səudiyyə Ərəbistanının təcavüzü müqabilində yenə dəstəkləyəcəyik. Səudların İranı yaxud Hizbullahı yəmənlilərin ər-Riyada raket atmasında ittiham etmələri əsasən ona görədir ki, onlar Yəmən xalqının gücünü dərk etməyərək bunu həzm edə bilmirlər. Onlar bu məğlubiyyətini İran və Hizbullahla əlaqələndirmək istəyirlər.”

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031