Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin Bəyanatı
Mьəllif: admin1
Tarix: 1-03-2026, 11:43
Bцlmə: Xəbərlər

Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin Bəyanatı

Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, İslam ümmətinin ali dini rəhbəri, müasir dövrdə haqq və müqavimət məktəbinin simvolu olan Seyid Əli Xameneinin şəhadəti münasibətilə başda imam Zaman (.ə) olmaqla, bütün müsəlman aləminə, xüsusilə də Əhli-beyt (ə) davamçılarına səmimi başsağlığı veririk.

Onun ömür yolu İslamın izzəti, müsəlmanların birliyi və məzlumların müdafiəsi uğrunda aparılan mübarizənin parlaq nümunəsi olmuşdur.

O, illər boyu ümmətin rəhbəri kimi yalnız bir ölkənin deyil, bütün İslam dünyasının mənəvi dayağına çevrilmiş, haqq sözün carçısı olmuşdur.

Onun rəhbərliyi altında müqavimət ruhu güclənmiş, zalıma qarşı dayanmaq və ədaləti müdafiə etmək prinsipi daha da möhkəmlənmişdir.

Bu ağır itki münasibətilə Allah-Taaladan şəhidə uca məqam, geniş rəhmət və Peyğəmbər (s) və Əhli-beyt (ə) ilə birgə olmağı diləyirik.

İslam ümmətinə isə səbir, birlik və bu böyük məktəbin yolunu davam etdirmək qüdrəti arzulayırıq.

Şəhadət bir son deyil – haqq yolunda yeni bir başlanğıcdır. Onun irsi, fikri və mübarizə yolu daim yaşayacaq və gələcək nəsillərə nur saçacaqdır.

Allah rəhmət eləsin.

İnna lillahi və inna iləyhi raciun.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930