Ayətullah Xamenei: Bu kimi taraqqa oyunları İran xalqının iradəsində heç bir təsir göstərməyəcək
Mьəllif: admin1
Tarix: 8-06-2017, 11:29
Bцlmə: Xəbərlər

Ayətullah Xamenei: Bu kimi taraqqa oyunları İran xalqının iradəsində heç bir təsir göstərməyəcək

 Mübarək Ramazan ayının 12-ci günündə Ali Rəhbər Ayətullah Xamenei ölkə universitetlərinin tələbələrini qəbul edib. 

 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bu gün Tehranda baş verən terror aktından danışıb və bildirib ki, bu kimi "zırpaket” (taraqqa) oyunları İran xalqının iradəsində heç bir təsir göstərməyəcək.
 
"Bunu bilin ki, bu işlər İran xalqının və məsul şəxslərinin təsir qoya bilmək üçün çox kiçik işlərdir. Bu hadisə onu sübut etdi ki, əgər İran fitnələrin mərkəz nöqtəsində müqavimət göstərməsəydi, biz indi daxildə daha böyük problemlərlə üzləşmiş olardıq. İnşallah bunların kökləri kəsiləcək”.
 
Ayətullah Xamenei bildirib ki, universitetin əsas sütunu elimdir. "Universitetlər elm istehsal etməlidir – bu onların əsas vəzifəsidir. İmperializm sistemi ikiqütblü sistem mənasındadır. Onun bir qütbündə istismarçı, digər qütbündə istismar olunan dayanıb. İmperialist ölkələr dəqiq proqram əsasında öz mədəniyyət və adətlərini əsarət altında olan ölkələrə qəbul etdirirlər. Belə bir şəraitdə İslam Respublikası sinəsini imperializm qarşısında sipər edib. Əgər İslam Respublikası iqtidarsız olsaydı imperialist sistem onu çoxdan udmuşdu."
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031