Şeyx Ənsarinin qəbri üstündə ağlayan kişinin əhvalatı
Mьəllif: admin1
Tarix: 17-04-2019, 21:06
Bцlmə: Xəbərlər
Şeyx Ənsarinin qəbri üstündə ağlayan kişinin əhvalatı
Şeyx Mürtəza Ənsari misilsiz bir fəqih olaraq bir çox elmlərə, o cümlədən üsul və fiqh elmlərinə böyük töhfələr vermiş, bu elmlərdə çox dərinliklərə vararaq, onlara yeni nailliyyətlər bəxş etmişdir.

Şeyx Ənsari eləcə də zöhd və təqvada da bənzərsiz bir şəxs olmuşdur. Onun təqvası barədə çoxlu əhvalatlar nəql olunmuşdur.

Bu əhvalatlardan biri də onun övladlarının vasitəsilə nəql olunan hadisədir:

Bir nəfər özünü Şeyxin qəbri üstünə atıb bərk ağlayırdı. Onun belə ağlamasının səbəbini soruşduqda dedi:

- Bir qrup adam mənə Şeyxi öldürməyi tapşırdılar. Qılıncımı götürüb gecə yarısı Şeyxin evinə yollandım. Onun otağına girəndə səccadə üzərində namaz qıldığını gördüm. Şeyx oturduğu zaman onu vurmaq üçün əlimi qılınca apardım. Ancaq birdən-birə əlim hərəkətsiz oldu. Artıq əlimi tərpətməyə məndə güc yox idi.

O vəziyyətdə qaldım. Şeyx namazını qurtardı və mənə tərəf dönüb baxmadan dedi: - İlahi, mən nə etmişəm ki, filankəsi məni öldürmək üçün göndəriblər (O, mənim adımı çəkdi). İlahi, mən onu bağışladım, Sən də onu bağışla.

Bu zaman mən əməlimdən peşman oldum. Şeyxə yalvarmağa başladım ki, məni bağışlasın. Buyurdu: - Yavaş danış, kimsə səsini eşidə bilər. İndi evinə qayıt, səhər sübh vaxtı mənim yanıma gələrsən.

Mən evə qayıtdım. Səhərə kimi onun yanına gedib-getməməyim haqqında düşünürdüm; getsəm nə olacaq, getməsəm nə baş verəcək?!

Nəhayət, sübh çağı cürətlənib, Şeyxin yanına getdim. Məsciddə camaat, alim və tələbələr onun ətrafına toplaşmışdı. İrəli gedib salam verdim. O, gizlincə bir pul kisəsi mənə verib dedi: - Bu pulu al, ticarətlə məşğul ol.

Mən Şeyxin verdiyi pulu sərmayə edib, ticarətə başladım. O pulun bərəkətindn indi bazarın tacirlərindən biriyəm. Hər nəyim varsa, bu qəbr sahibinin bərəkətindəndir.

Qaynaq: “Zendegani-Şeyx Murtəza Ənsari”
Hazırladı: Seyid Zahir

(nur-az.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930