Ayətullah Xamenei: Rəcəb ayını dəyərləndirin, bu ayda...
Müəllif: Admin
Tarix: 18-03-2018, 21:26
Ayətullah Xamenei: Rəcəb ayını dəyərləndirin, bu ayda...
Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq, özünü islah etmək üçün bir fürsətdir. Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən fürsətdir, hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir. Nemətə şükür etmək o deməkdir ki, insan o neməti tanısın, onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin, bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin.

Rəcəb ayı da bu nemətlərdən biridir. Sonra şəban ayı gəlir ki, o da başqa bir nemətdir. Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində ramazan ayının müqəddiməsidir. Ramazan ayı isə merac ayıdır, mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var. Rəcəb ayını dəyərləndirin, bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin. Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin. Çəkdiyiniz bu zəhmətləri Allah yoluna həsr edin.

Bütün işləri Allaha xatir yerinə yetirmək olar. Hətta gündəlik dolanışıq üçün çalışmaq, işləmək də Allaha xatir ola bilər. Amma bəzi işlərdə ilahi niyyət etmək daha asandır. Onlardan biri də sizin işinizdir. Çünki sizin işiniz cəmiyyətə xidmətdir, insanlara xidmətdir, İslam ölkəsinə, İslama xidmətdir, İslama köməkdir.

يٰأَيُّهَا الَّذِينَ ءَامَنُوا كُونُوا أَنْصَارَ اللهِ...


“Ey iman gətirənlər, Allahın köməkçilərindən olun!” (“Səf” surəsi, ayə 14)

Allaha yardım edənlərdən, Allahın köməkçilərindən olmaq – bunun nümunələrindən biri də sizin gördüyünüz işdir. Mütəal Allaha təvəkkül edin, işləri Allaha xatir və düzgün şəkildə yerinə yetirin. İnşallah, Allah-taala da sizin işinizə bərəkət verəcək.


Ali Rəhbər Ayətullah Xamenei
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031