“...Haradadır o kəslər ki, öz çatışmazlıqlarını və nöqsanlarını bilirlər və car çəkən mələyin nidasına dil açaraq deyərlər: “Ləbbeyk!””
Mьəllif: admin1
Tarix: 10-05-2015, 11:27
“...Haradadır o kəslər ki, öz çatışmazlıqlarını və nöqsanlarını bilirlər və car çəkən mələyin nidasına dil açaraq deyərlər: “Ləbbeyk!””

Din alimlərinin Rəcəb ayı ilə bağlı tövsiyələrinə diqqət edək.
Ayətullah Qazi buyurur: “Ey əziz bacı və qardaşlar! Agah olun, ayıq olun ki, biz Rəcəb, Şəban və Ramazan aylarına daxil olmuşuq.
Biz gərək ayıq şəkildə onlara daxil olaq. Bu aylarda insan Kəbəyə yaxın olar. İnsan İlahi qürbə yaxın olar. Allahın nemətləri nə qədər də böyük və tamamdır! O, hər bir neməti bizə tamam etmişdir”.
Ayətullah Xoşvəxt buyurur: “Xoş olsun etikaf edənlərin halına! Xoş olsun o insanların halına ki, əməllərini şeytandan (lən) amanda saxlayıblar. Əgər özümüzün və nəfsimizin qarşısını ala bilsək, bunun özü bir etikaf olar. Sizin nəzərinizə görə neçə gün günah etmək olmaz? Etikaf - Allah üçün olan xalis ibadətdir. Allahın evində Allahın verdiyi əmrləri yerinə yetirmək. Onun zahirdə təsiri çoxdur.

Lakin o işin ki, çox faydası və təsiri olar, təhlükəli düşməni də yanında olar. O şey ki, bizim əlimizdəki xeyirlərin təsiri aradan aparır - günahdır. Hər bir dənə günah yaxşılığın bütün təsirini aradan aparır”.

Əllamə Tehrani buyurur: “Rəcəb ayı - İlahi aydır. Rəcəb ayında insan gərək Allahdan qeyrisini ürəyinə daxil etməsin. Nəzarətini bu ayda daha da çox etsin. Danışığı bu ayda daha nizamlı olsun. Hər sözü deməsin və hər mövzunu danışmasın. Hətta adi məsələləri belə. Bunlar Rəcəb ayında zərərlidir. Bu ayda sükut və aramlıq halı nə qədər çox olarsa, bərəkəti də çox olar. Mələklər o yerdə ki, təşviş və iztirab var ora gəlmirlər”.
Ayətullah Ənsari Həmədani buyurur: “Aləmlərin Pərvərdigarı Rəcəb ayında cavanlara başqa cür nəzər salır. Əgər cavan 15-nə qədər gəlməsə, daima ona nəzər salar. Bir gecə onu məclisə aparar, bir yerə çəkər ki, təqva əhatəsinə düşər. Deyər: “Mənim bəndəm! Səni Mən qaytardım, özün gəlmədin. Səni Mən çəkdim”. O dəstə ki, Allah onların intizarındadır, cavanlardırlar. Lakin töhməti qəbul etmirlər. Əzizlərim! Cavanlıq qısa bir fürsətdir ki, adətən səhvlərlə onu ötürərik. Bir an təsəvvür edin ki, bütün bu səs-küy içərisində Allahın nəzəri bizdədir ki, mehriban qucağına geri qayıdaq”.
Mirzə Cavad ağa Mələki Təbrizi buyurur: “Ah-ah! Aman bu qədər naşükürlük və pis bəndəlikdən, bu qədər mehribanlıq qarşısında! Haradadır şükür edənlər və haqqı tanıyanlar! Kim, harada və necə car çəkən mələyin qədir və qiymətini bilər, dəyərini dərk edər? Haradadır o kəslər ki, öz çatışmazlıqlarını və nöqsanlarını bilirlər və bu mələyin nidasına dil açaraq deyərlər: “Ləbbeyk!””. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930