Qurani-Kərimi yandıran məhkəmə qarşısında
Mьəllif: admin1
Tarix: 23-02-2017, 18:20
Bцlmə: Xəbərlər
Qurani-Kərimi yandıran məhkəmə qarşısında
Danimarkada evinin həyətində Qurani-Kərimi yandıran və bunun videosunu Facebook-da paylaşan şəxs barəsində cinayət işi açılıb.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın Viborq şəhərinin prokuroru Yan Rekendorff, evinin həyətində Qurani-Kərimi yandıran və 2015-ci ilin dekabrın 27-də Facebook-da paylaşan 42 yaşlı bir danimarkalı barəsində dinin təhqir edilməsi ittihamıyla cinayət işinin açılmasına qərar verib.

Prokuror hadisə ilə bağlı belə danışıb: "Prokurorluq hesab edir ki, İncil və Qurani-Kərim kimi müqəddəs kitabların yandırılması hadisələrində cəmiyyət və ya dinin təhqir edilməsi məsələlərini əhatə edən maddə pozulub. Hadisəni araşdıran prokurorluq, məsələ ilə bağlı qərarı məhkəmələrin verməsi üçün müttəhim barəsində cinayət işi açmışdır".

Alborq şəhər məhkəməsində baxılacaq iddia işinin ilk məhkəmə iclasının tarixinin hələ müəyyən olunmadığı qeyd edilib.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930