Səlahəddin Özgündüz "Əhli-beyt (ə)" telekanallarının bağlanmasına münasibət bildirdi
Mьəllif: admin1
Tarix: 23-01-2017, 23:39
Bцlmə: Xəbərlər
Səlahəddin Özgündüz "Əhli-beyt (ə)" telekanallarının bağlanmasına münasibət bildirdi
Türkiyə Cəfərilərinin Lideri Səlahəddin Özgündüz Kanal 12 və ON4 TV-nin bağlanmasına münasibət bildirib.

Maide.Az xəbər verir ki, S.Özgündüz deyib ki, Kanal 12 və ON4-ün bağlanmasını böyük üzüntü və kədərlə qarşıladım. “Əgər bu Əhli-Beyt (ə) kanalları ölkəmizin əleyhinə terror aktlarında yer almışlarsa (şəxsən mən bu kanallarda belə bir şeylərin yayımlanmasına heç vaxt şahid olmamışam) bağlansa yaxşıdır. Amma məzhəbi təəssübkeşlikdən dolayı bağlanıbsa (məncə belədir) bunu edənlərə ayıbdır deyirəm. Bu Türkiyə dövlətinə yaraşan bir iş deyildir. Gecə-gündüz məzhəblər arasında fitnə püskürən kanallara, milli mədəniyyətimizi unutdurmağa, məhv etməyə çalışan kanallara toxunmayıb, bu iki kanalı bağlamalarını düşündürücü hesab edirəm. Aidiyyatı orqanlardan tez bir zamanda bu iki kanalın açılmasına görə gərəkli addımların atılmasını gözləyirik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930