Halkalıda möhtəşəm mövlud tədbiri keçirildi
Mьəllif: admin1
Tarix: 14-04-2015, 15:00
Bцlmə: Xəbərlər
Halkalıda möhtəşəm mövlud tədbiri keçirildi

Səlahəddin Özgündüz: "İslam dünyasındakı bu vəziyyətin səbəbi Əhli-beytdən (ə) uzaq qalmaqdır. Bu səbəbdən xalqımızı Əhli-beytlə (ə) tanış olmağa dəvət edirəm"
İslamazeri.az-ın verdiyi xəbərə görə, aprel ayının 12-i İstanbulda şiələrin sıx olduğu Zeynəbiyyə məntəqəsində Peyğəmbərin qızı həzrəti Zəhranın (s.ə) doğum günü ilə əlaqədar tədbir keçirilib. "Dünya Müsəlmanlarının Qadınlar günü"nə həsr olunmuş tədbir Zeynəbiyyədə yerləşən Yəhya Kamal adına arena zalında baş tutub. Tədbir iştirakçıların ayaqüstə İstiqlal marşını oxumaqla başladı. Ardından Quran oxundu və tədbirin təşkilatçısı "Zəhra Ana" İctimai Birliyinin sədr əvəzi çıxış etdi. Həmçinin, tədbirdə İstanbul Millət vəkilləri, İranın İstanbuldakı konsulu, İranın Zəhra Universitetinin rektoru çıxış edərək tədbir və xanım Zəhra (s.ə) barədə fikirlərini bölüşüblər. Daha sonra kürsüyə Ayətullah Məkarim Şirazinin nümayəndəsi dəvət olundu. Rəsmi nümayəndə tədbir iştirakçılarına və Türkiyədə yaşayan Əhli-beyt (ə) dostlarına Ayətullah Məkarim Şirazinin özəl məktubunu oxudu. Tədbirin rəsmi hissəsində son sözü Türkiyənin tanınmış şiə alimlərindən olan Səlahəddin Özgündüz çıxış edərək sonlandırıb. O, çıxışı zamanı xanım Zəhra (s.ə) haqqında olan əxlaqi fəzilətlər, rəvayətlər, hədislər və ayələrdən söz açaraq onun bütün dünyaya nümunə olduğunu bildirib. Səlahəddin Özgündüz həmçinin, dünyada gedən oyunların, gündəmdəki hadisələrin, İslam dünyasındakı vəziyyətin (müsəlmanın müsəlmana zülmünün) səbəbini Əhli-beytdən (ə) uzaq qalmaqda gördüyünü bildirdi və Türkiyəni də Əhli-beytlə (ə) tanış olmağa dəvət etdi. Rəsmi hissə bitdikdən sonra uşaqlardan ibarət dəstə qonaqlar üçün gözəl avazla Quran oxudular. Ardından maraqlı səhnələrlə İlahi nəğmələr səsləndi. Gözəl səsi ilə qonaqları yad edənlərin içində Şəhruz Həbibi də vardı. Tədbirin sonunda müsabiqə keçirildi. 1 nəfər Kərbəla, 3 nəfər Məşhəd, 10 nəfərə isə 1/4 qızıl hədiyyə olundu.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031