Ayətullah Xamenei müsəlman tələbələrə məktub ünvanladı
Mьəllif: admin1
Tarix: 20-01-2017, 20:24
Ayətullah Xamenei müsəlman tələbələrə məktub ünvanladı

İslamazeri.az “Khamenei.ir”-ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Lideri Ayətullah Xamenei Avropada keçirilən İslam Tələbələr Assosiasiyasının 51-ci iclasına məktub ünvanlayıb:

Bağışlayan və mehriban Allahın adı ilə

"Əziz cavan tələbələr! Cavanlıq və tələbəlik özəlliyinin hər biri insanın uca hədəflərinə çatmasına yardımçı ola biləcək özəlliklərdir.

Sizin bu 2 özəllikdən əlavə daha bir üstün cəhətiniz var. O da islam assosiasiyasında iştirakınızdır.

Höccət sizə tamam olub! Sizdən gözləntimiz elm, din və əxlaqınızın üstündə işləməkdən əlavə, ətraf mühitinizə təsir etməniz və Allah yolunun yolçularına dil və əməllə qoşulmanızdır.

Küfr və imperialist qüvvələrin bayrağı ucalmış xalis islamla bərabər olmayan savaşda bu hamımızın vəzifəsidir.

Hər birimiz islamın düzgün mərifəti və düzgün ilahi yolun bərəkətli çeşməsi olmalıyıq. Pak qəlbləriniz aydın, ümid dolu və diri olsun!"

Seyid Əli Xamenei
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930