Ayətullah Məkarim Şirazi boşanmaların səbəblərindən danışıb
Mьəllif: admin1
Tarix: 21-12-2016, 21:02
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi boşanmaların səbəblərindən danışıb
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, boşanmaların əsas səbəblərindən birinin sosial şəbəkələr olduğunu deyən Ayətullah Məkarim Şirazi bildirib: “Xanımlar bu barədə bizə məktublar ünvanlayaraq, ərlərindən şikayət edirlər. Ərinin mömin və namaz qılan olduğunu, lakin evdə ailəsinə qarşı pis rəftar etdiklərini yazırlar. Bu işlər bərəkəti aradan aparır. Boşanmaların əksəri sosial şəbəkələrdən qaynaqlanır. Sosial şəbəkələr elmi və mədəni baxımından istifadə olunasıdır. Bu şəbəkələrə nüvəyə oxşayır. Onunla xəstəlikləri də aradan aparmaq olar, partlayıcı kimi də istifadə etmək mümkündür. Niyə bu məsələlərə ürəyimiz yanmır. Bu cəmiyyətimizin əsas problemlərindən biridir.”
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031