Fransada yaşayan müsəlman bir məktəblinin Muhəmməd Peyğəmbər (s) haqqında xatirələri
Mьəllif: admin1
Tarix: 19-12-2016, 10:26
Bцlmə: Xəbərlər
Fransada yaşayan müsəlman bir məktəblinin Muhəmməd Peyğəmbər (s) haqqında xatirələri
Əziz və sevimli Peyğəmbərim (s)!
Bu gün müəllim dərsdə sənin şəklini çəkməyimizi istədi. Mən şəkil çəkməyi çox xoşlayıram, amma səni heç zaman görməmişdim, ona görə gözlərimi yumdum.
Və sənin hekayəni oxuyarkən, anamın gözlərindəki yaşı gördüm.
Gecə ibadəti edən atamı gördüm.Bacımın üzündəki gülüşü gördüm, baxmayaraq ki, o, binamızın həyətində təzəcə təhqir olunmuşdu.
Məndən bağışlanmasını istəyən dostumu gördüm, baxmayaraq ki, günahkar mən idim.
Bütün bu mənzərələri təsvir etmək istədim...
İnsanlar hər şeyi dünya gözü ilə görmək istəyirlər, mənsə gözlərimi yumdum və sənin mənə doğru gəldiyini gördüm, sənin təbəssüm ilə bizə doğru gəldiyini gördüm.

Mirəziz Seyidov
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031