Bağışla, Peyğəmbərim!
Mьəllif: admin1
Tarix: 17-04-2014, 01:47
Bцlmə: Məqalələr » Maarif
Bağışla, Peyğəmbərim!


Bir təndir gördüm. Ağzı tıxaclanmış, zərihə salınmış adi bir təndir. Söylədilər sahibi zalım bir adammış. İndi təndir məscid divarları ilə əhatələnmiş. Təəccüb etdim. Zalımın evi məscidəmi dönür? Qəribədir. Sordum təndirdən:

-“ Söylə, nədir bu hikmət.”
Dedi:- Mən adi bir təndir idim. Məni Hüseynin (ə) başı mübarək etdi.
Dedim : - Neylədin Hüseynin (ə) başını?
Dedi :- ­­ Bunu ondan soruş.
Ətrafa baxdım. –“Kimdir “o” ?”
Sorulacaq bir kəs görmədim. Xalılarla döşənmiş məscid də bir nişan vermədi. Üz tutdum Kərbəlaya.
Çağırdım: “ Seyyidim!Ya Hüseyn!Ya Hüseyn! ”
Bir səda gəlmədi. Başsız bədən danışarmı?! Təlaşlandım. Ümid etdim mövlama.
“ Ya Əli! Sən sorğulara cavabsan. Mənə təndirin sirrini aç.”
Dedi: “ Bunu Peyğəmbərdən (ə) soruş.”
Anlaya bilmədiyim bir hiss məni bürüdü. Duruxdum. Sonra özümü toplayıb çağırdım:
“ Peyğəmbərim! Peyğəmbərim!”
Bir səda gəldi: “ İtrətim! İtrətim!”
Dedim: “ Mən onu görmədim.”
Dedi: “ Bəs, heç sevdinmi?”
Dedim: “ İstədim. Amma mərifət etmədim.”
Dedi: “ Bəs, Quranım?”
Dedim: “ Xətm etdim.”
Dedi : “ Bəs hökmü?”
Dedim: “ Bacarmadım.”
Ani bir sükut çökdü. Sonra Peyğəmbər (s) nalə çəkdi:
“ Ah! Əmanətim! Əmanətim!”
Qəfil diksindim. Bu röyadan üşəndim. Sonra xəcalətlə pıçıldadım: “ Bağışla, Peyğəmbərim! Bağışla!”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031