Sakitlik beyninizə necə təsir qoyur? – ARAŞDIRMA
Mьəllif: admin1
Tarix: 16-10-2016, 20:54
Sakitlik beyninizə necə təsir qoyur? – ARAŞDIRMA
Sakitliyin insan sağlamlığına, xüsusilə də beyninə müsbət təsirləri çoxdur. O cümlədən:

1. Sakitlik sayəsində beyniniz daha çox hüceyrə yaradar. Bir tədqiqat zamanı siçanlara müxtəlif səslər verirlər və sonra da sükut edirlər və bunun beyninə qoyduğu təsiri araşdırırlar. Nəticəsi çox heyrətləndirici oldu. O zaman ki, siçanlar iki saat sakit halda qalırlar, beyinlərində yeni hüceyrələr yaranır. Bu hüceyrələr beyinin hafizə, öyrənmək və həyəcan hissəsinə aid edilir.(Tebyan saytına istinadən)

2. Sakitlik zamanı beyin məlumatları ölçüb-biçər. Sakitlik zamanı adətən insan beyni dincələr, ancaq istirahət etməsinə baxmayaraq, malik olduğu məlumatları gözdən keçirər. Əgər səs-küy olsaydı, diqqətinizi yayındırardı, siz bu cür istirahət edə bilməzdiniz.

3. Sakitlik əsəb gərginliyini azaldar. Səs-küy beyinə mənfi təsir göstərir. Səbəb olur ki, stress hormonlarının sayı artsın. Baxmayaraq ki, yuxuda belə olsa, həmin səslərin insan beyninə mənfi təsirləri vardır. Ancaq sakitlik əksinə, stressin və əsəb gərginliyinin azalmasına səbəb olar. Səbəbi də qan təzyiqinə və qan dövranına təsir etməsidir.

4. Sakitlik zamanı insanın idrak qüvvəsi işə düşər. Tədqiqatlar göstərir ki, ətraf mühitdə olan səs insanın idrak qüvvəsini zədələyər, səhvlərinin artmasına səbəb olar. Çünki belə insan diqqətini toplaya bilmir və hafizəsi məsələləri həll edə bilmir. Əksinə, əgər sakit bir mühitdə olsaydı, hadisələri daha dəqiq dərk edə bilərdi.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031