İslam dünyasında olmayan 10 xəstəlik
Mьəllif: admin1
Tarix: 22-05-2021, 10:24
İslam dünyasında olmayan 10 xəstəlik
Dünya hələ də bir çox xəstəliklə mübarizə aparan zaman İslam gündəlik namazla, Ramazan ayında tutulan orucla və sağlam həyat tərzi ilə bir çox xəstəliklərin qarşısını ala bilib
İslaminSesi sözügedən xəstəlikləri sizlərə təqdim edir.

1.Ürək-Damar xəstəliyi - Bu xəstəliyin qarşısını almaq üçün gündəlik namazların qılınması kifayətdir. Namaz əsnasında insan elə bir hərəkətlər yerinə yetirir ki, insanın bütün orqannizması qanla bərabər təmin olunur. Beyinə qan tam gedir və qan da oksigenlə təchiz olunur.

Dua zamanı sakitlik və ruhi harmoniyanın insana bəxş etdiyi dinclik insanı həyəcandan və stressdən uzaq tutur ki, bu da ürək-damar xəstəliklərini insandan uzaqlaşdırır.

2.Şəkər xəstəliyi. Son illər həkimlər ümumi xəstəliklərin statistikasını çıxaran zaman əvvəllər əgər cins, yaş və fəaliyyət sahələrini əsas götürürdülərsə, indi dini mənsubiyyəti də önə çəkirlər.

Buna misal: Böyük Britaniyada aparılan bir araşdırmada müəyyən edilib ki, müsəlmanlar arasında şəkər xəstəliyinə görə edilən amputasiya daha az təsadüf olunan haldır. Həkimlər bildiriblər ki, 500 amputasiya halından yalnız bir və ya ikisi müsəlman xəstələrə aid olub.

Bunun ən ümdə səbəblərindən biri isə Ramazan ayında müsəlmanların oruc tutmasıdır. Amerika Kardiologiya instutunun alimləri sübut ediblər ki, davamlı olaraq tutulan oruc diabeti aradan götürür.

Onlar bildiriblər ki, on -on iki saatlıq aclıqdan sonra insan bədəni alternativ enerji əldə etməyə başlayır ki, bu da bədəndə toplanmış xolestrini enerjiyə çevirməklə baş tutur.

3. Ağciyər xərçəngi. Xərçəng -İslam siqaret çəkməyi qadağan edir. Nikotin və digər zəhərləyici maddələr insanın ağcıyərində toplanaraq onu sağalmaz xəstəliklərə mübtəla edə bilər.

4. Alkoqol və narkotika asılılığı - Hələ 1910-cu ildə 150-ə yaxın alim və tibb işçisinin iştirakı ilə keçiriln Ümumrusiya qurultayında alkoqolun insan orqanizmasını zəhərləyən bir içki olduğu qəbul edilib. Rusiyada aparılan bir araşdırmada məlum olub ki, tatar-müsəlmanlar arasında alkoqolun səviyyəsi çox aşağıdı.

Ümumdünya statistikası bildirir ki, hər il dünyada 2,5 milyon insan alkoqol istifadəsinə görə ölür. Dünyadakı zorakıığın, qətliamların, oğurluq və quldurluğun demək olar ki, yarıdan çoxu alkoqolun təsiri altında həyata keçir.

Müqəddəs Quran isə qəti şəkildə bunu qadağan edir: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (Maidə:5/ 90)

5. Dəri xəstəlikləri - Dəri xəstəlikləri demək olar ki, müsəlman ölkələrində minimumdur, çünki əməl edilən gigiyena, alınan dəstəmaz bunun qarşısını alır.

6.Veneroloji xəstəliklər - İslam əxlaqsız həyatı qadağan etdiyinə görə bu kimi xəstəliklərə müsəlman ölkələrində rast gəlmək nadir haldır. Zina qəbul edilməyən hərəkət olduğuna görə bu kimi xəstəliklərin də yolu bağlanmış olur.

7.Süd vəzi xərçəngi- Bu gün bu xəstəliyə əsasən Avropa ölkələrində tez-tez rast gəlinir. Hazırda Rusiyada bu şübhə ilə həkimə gedən 100 qadından yetmişinə bu diaqnoz qoyulur. Halbuki, bu hal Özbəkstanda yüz qadından on səkkizində təsadüf olunur.

Bu xəstəlik o qadınlarda inkişaf edir ki, onlar ya körpəyə süd verməyiblər,ya da dəfələrlə abort etdiriblər. Halbuki dinimiz hamiləliyin yarıdan kəsilməsinə, uşaqların abort edilməsinə qarşıdı. O ki qaldı uşağa süd verilməsi bu barədə Quranda göstəriş var ki, tam iki il uşağa ana süd verilməlidir.

"Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər."(Bəqərə surəsi: 2/233)

Müasir tədqiqatlar göstərib ki, öz övladına 7-12 ay arası süd verən analarda bu xəstəlik 14% az, iki ilə qədər süd verənlərdə isə 42% az müşahidə olunub.

8.Qadın orqanların onkologiyası - İslam hər zaman gigiyenanı önə çəkir.Təmizlik hər zaman ilk olmalıdır. İntim yaxınlıq zamanı təmizliyə riayət olunması isə bu xəstəlikləri insandan uzaq tutur.

9.Mədə xəstəliyi və piylənmə- Qurani-Kərimdə insanın düzgün qidalanması,xüsusilə lazımı ölçüdə yemək yeməsi tövsiyyə olunur. Çox yemək nəinki mədəni korlayır, həmçinin özü ilə şəkər, ürək-damar xəstəliyini də gətirir.

10. Əsəb və digər psixoloji pozğunluqlar - Namaz qılarkən insan uca Allaha yönəlir və sakitlik əldə edir. Bu insana elə bir sakitlik bəxş edir ki, bu da ilk növbədə insanın əsəb sisteminə təsir edir. Namaz stresi uzaq tutur, yuxunu yaxşılaşdırır və əsəbləri sakitləşdirir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031