İmam cümə: Kəbə Əbu Cəhl və Əbu Ləhəbin nəslindən olanların əlindədir
![]() İranda baş verən yüksək maaş olaylarına da toxunan Ayətullah Cənnəti bildirib: “Məclisin nəzarəti yoxdurmu? Biz ilk növbədə bu şəxslərin təqdim olunmasını tələb edirik. Bu xalqın sözüdür, çünki bu mal məmləkətin və xalqın malıdır. Bu məsələ şəffaf surətdə aydınlaşdırılmalıdır.” İran İslam inqilabı zamanı böyük rolu olan, sonralar isə inqilabın əleyhinə çevrilən Ayətullah Müntəziri barədə də söz açan imam cümə bildirib: “Bu sadəlövh şeyx İmam Xomeyninin (r) ürəyini qan etdi və hazırda da o dünyada cavabını verməlidir. İmam (r) onu qəti surətdə kənarlaşdırdı və şəkillərinin də aradan aparılmasını istədi. İmam (r) düz etdi, çünki bu fəsad mənşəyi idi. Bəziləri islamın mehribançılığından söz açırlar. İslamın həm rəhmət, həm də qəzəb üzü mövcuddur. Allah həm rəhimli, həm də intiqam alandır.” Çirkli pulların yuyulmasıyla bağlı FATF adlı razılığın imzalanmasına toxunan Ayətullah Cənnəti deyib: “Bu məsələ qəribə bir məsələdir. Dövlət rəsmiləri hansı haqla bu razılaşmanı imzalayıblar? Düşmən bu yolla bizim iqtisadi və bank sistemimizdə olan məlumatlarımızı ələ keçirmək istəyir. Düşmən bu yolla inqilab orqanlarına qarşı embarqo emal etmək niyyətindədir. Məclis bu barədə sakit durmamalıdır. Bu hadisə baş versə, biz bir çox məsələlərin fatihəsini oxumalıyıq. ABŞ razı olsun deyə biz bu yolla özümüzə sanksiya tətbiq edirik. 78-ə yaxın şəxs və orqan bu razılaşma ilə məhdudiyyət yaşayacaq. Bu həqiqətdə bir müsibətdir. Allahın izni ilə bu işin qarşısı alınacaq və atılan imza geri götürüləcəkdir.” Oxşar xəbərlər
|