İmam cümə: "Rəhbərimiz qırmız xətti bir daha xatırlatdı"
Mьəllif: admin1
Tarix: 19-09-2014, 22:58
Bцlmə: Xəbərlər
İmam cümə: "Rəhbərimiz qırmız xətti bir daha xatırlatdı"

Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Cənnəti olub
İslamazeri.az-ın “Fars” xəbər agentliyiniə istinadən verdiyi məlumata əsasən, cümə xətibi Ayətullah Əhməd Cənnəti birinci xütbədə günahın insana qoyduğu təsirlərdən söz açıb.

O ikinci xütbədə Ayətullah Seyid Əli Xameneinin sağlamlığına görə Allaha həmd edərək bildirib: “Şükr olsun ki, əməliyyat uğurla yekunlaşdı və ali məqamlı rəhbərimiz çox qısa bir müddət xəstəxanada qalaraq evinə tam sağlam olaraq geri döndü. Həm ölkə daxili, həm də xaricdə olan müridləri ona öz sevgilərini müxtəlif yollarla göstərdilər.”

Əhməd Cənnəti İran-İraq müharibəsi ilə bağlı olan “Müqəddəs müdafiə” həftəsinin çatmasına toxunub: “Bu həftə çox mühüm bir həftədir və bununla bağlı bütün əsgər və komandirlərə təbriklərimi diləyirəm. Həqiqətən 8 il çəkən bu müharibə Allaha xatir və ixlasla olan bir cihad idi. Bütün bunlar imam Xomeyninin vücudu sayəsində idi. Bu cür bir hadisə tarixdə yalnız besətin ilk 8 ilində baş verib. Bu cür şəhadətpərvərlik, fədakarlq bizim gələcəyimiz üçün azuqə idi. Necə ki, Aşura bizim üçün bir azuqəyə çevrilib. Bizə öz növbəmizdə bu mənəvi azuqəni qorumalıyıq. “Müqəddəs müdafiə” ilə tanış olan gəncin yolunu azma ehtimalı olduqca azdır.”

İmam cümə hazırda böyük cihadda olduqlarını vurğulayaraq bildirib: “8 illik müharibə kiçik cihad idi. Bu gün düşmən bizi təhdid edir və İslam təfəkkürünü dəyişməyə çalışır. Düşmən əxlaqsızlığı və fəsadı ölkəmizə daxil etmək istəyir. Biz oyaq olmalı və fitnədən dərs almalıyıq. Adamın lənətləməyə ürəyi gəlmir. Lakin belələrini, fitnəni dəstəkləyənləri lənətləmək lazımdır. Ayətullah Xamenei də öz çıxışlarında qeyd edir ki, fitnə bizim qırmızı xəttimizdir. Neçə illərin keçməsinə baxmayaraq o hələ də bu mövzunun özü idarə edir. Çünkü məsələnin əhəmiyyətindən xəbərdardır. Bəzilərinin fitnəni qızışdırmaq istədiyi bir vaxtda rəhbərimiz bu işin qırmızı xətt olduğunu yenidən vurğuladı. Fitnənin qırmızı xətt olduğunu qəbul etməyən şəxsin, fəqihin vilayəti məsələsinə bağlılığına şəkk etmək lazımdır. Onun inqilabçı olduğuna şəkk etmək lazımdır. Ayətullah Xamenei vurğuladı ki, balanslaşdırılma adı ilə mömin kadrlar işdən çıxardılmamalıdır. Bəs niyə bu gün 74 savadlı mühəndis savadsız adı ilə işdən uzaqlaşdırılır? Buna kim etiraz etməlidir? Rəhbərimiz hərənin öz vəzifəsinə əməl etməyinin vacibliyini vurğuladı. Bunlar işdən kənarlaşdırılırsa demək bunların yerinə fitnə sevər insanlar gələckdir. Rəhbərimiz bu ilin mədəniyyət ili adladırdı və biz gərək bu məsələni öz daxilimizdən başlayaq. Biz inqilaba kimin zərbə vurduğunu anlamalıyıq.”

Ayətullah Əhməd Cənnəti son İŞİD-lə bağlı olan hadisələrə aydınlıq gətirərək deyib: “Lənətə gəlmiş, hoqqabaz və yalançı ABŞ, İŞİD əleyhinə güya koalisiya yaradıb. Əlbəttə Ayətullah Xamenei onların abrını apardı. Allah onlara lənət etsin. Məgər İŞİD-i ABŞ, İsrail və Ərəbistandan başqa kimlər yaradıb?”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031