Böyük Rəhbərin fitvası dünya xalqları tərəfindən bəyənilib
![]() Seyid Həsən Musəviyan Əl-Şərq Əl-Əvsət qəzetində yazdığı məqalədə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameninin nüvə silahlarından istifadənin haram olması üzrə fitvasının dünya xalqları tərəfindən geniş şəkildə bəyənəldiyini bildirərək bu fitvanın beynəlxalq bir sənədə çevriləcəyindən xəbər verib. İİR-nin nüvə silahları və başqa kütləvi qırğın silahlarından istifadənin mən edilməsi üzrə mövqeyi tam açıq şəkildə İslam İnqilabının Böyük Rəhbərinin fitvasında bəyan edilibdir. İslam İnqilabının Böyük Rəhbərinin fitvasında belə bildirilib: İran İslam Respublikası məntiqi, məzhəbi və əqidəvi baxımdan nüvə silahına malik olmağı günahi-kəbirə (böyük günah) bilir və belə inanır ki bu silahların genişləndirilməsi faydasız, dağıdıcı və təhlükəlidir. Oxşar xəbərlər
|