İslam İnqilabının Böyük Rəhbərinin Etikaf barədə bəyanatı
Mьəllif: admin1
Tarix: 9-05-2014, 16:55
İslam İnqilabının Böyük Rəhbərinin Etikaf barədə bəyanatı
İslam İnqilabının Böyük Rəhbəri yaxşı etikaf ənənəsinə olan heyrətləndirici rəğbət və ümumi şövqü ilahi bərəkətlər və İslam İnqilabının qüdrət təzahürlərindən biri adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullahuluzma Xamenei Etikaf şənliyi və Etikaf Mərkəzi Qərargahının üzvləri ilə görüşdə vurğulayıblar: Bu peyğəmbər ənənəsi üzrə təşkilatçılar və icraçılar sayıqcasına proqramlaşdırma aparıb, zərər və təhdidləri aşkarlayaraq, etikaf edən şəxsin ruhən təmizlənməsi və onun zehni və ürəyinin Allah-Taalaya daha çox yaxınlaşması üçün zəmin yaratmalıdırlar.
Həzrəti Ayətullahuluzma Xamenei etikaf ibadətini şövq və mənəviyyatın yüksəldilməsinə rəğbət ilə yanaşı surətdə çətinliyin satın alınması adlandıraraq, əlavə ediblər: Bu gün bütün İran boyu məscidlər və universitetlərdə özünü göstərən gənclərin İslam İnqilabından sonra etikafa vəsfedilməz məhəbbəti dəyərli bir fürsət kimi qiymətləndirilməlidir.
O həzrət etikaf fürsətinin Allah-Taalaya daha artıq diqqət və ibadətə məxsus olmalı olduğunu bildirərək, söyləyiblər: İslami ünsiyyət təcrübəsi və təlimi, etikaf edənlərlə dost və qardaşcasına əlaqələr, həmçinin dini maarifin təlimi və öyrənilməsi bu nurani mərasimin fürsətlərindəndir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031