Harvardda insan dərisi ilə üzlənmiş kitablar aşkar edildi
Müəllif: admin1
Tarix: 9-04-2014, 14:21
Bölmə: Xəbərlər
Harvardda insan dərisi ilə üzlənmiş kitablar aşkar edildi


3 qəribə görünüşlü kitab barədə araşdırmanın nəticəsi təəccüblü olub

İslamazeri-nin "Dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, Harvard Universitetinin kitabxanasında 3 qəribə görünüşlü kitab barədə araşdırma aparılıb.
Araşdırma nəticəsində həmin kitabların insan dərisi ilə üzləndikləri ortaya çıxıb.
Həmin kitabların biri Roma şeirləri, digəri Fransız fəlsəfəsi və üçüncüsü isə orta əsrlər İspan hüququna aiddir.
Alimlər 17-ci əsrdə kitabların insan dərisi ilə üzlənməsinin məşhur olduğunu bildiriblər. "Antropodermik kitab üzlənməsi" adlandırılan bu üsuldan əsasən anatomiya dərs kitablarında istifadə edilib.

Hətta 1791-ci ildə buraxılmış Fransa Konstitusiyasının ilk kitabı da insan dərisi ilə üzlənib.

Harvardda insan dərisi ilə üzlənmiş kitablar aşkar edildi


Harvardda insan dərisi ilə üzlənmiş kitablar aşkar edildi


islamazeri.az
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930