Müqəddəs kitabda müjdə
Mьəllif: admin1
Tarix: 13-08-2019, 09:19
Müqəddəs kitabda müjdə
Əhd kitablarına müraciət etdikdə bu kitabların təhrif olunmasına baxmayaraq, orada İslam Peyğəmbərinin (s) zühuru ilə bağlı müjdələr müşahidə olunur.

a) Əhdi-qədim: “Sifri-təkvin” kitabında yazılır: “Mən səni İsmaillə dinlədim və onu mübarək buyurdum. Onu artırıb, həqiqətən əzəmətə çatdırdım. Ondan dünyaya on iki böyük şəxsiyyət gələcək. Mən onu böyük bir ümmət üçün qərar verirəm.”[1]

Tövratda “Sifri təsniyyə” hissəsində deyilir: “Turi-Sina tərəfdən gəldi, tərəfindən nur saldı, Farandan varlığı elan etdi.”[2] Bildiyiniz kimi, Turi-Sinaya gəliş dedikdə Tövratın Musaya, Nurun enməsi dedikdə İncilin İsaya, Faranda vücuda gəlmə dedikdə Quranın İslam peyğəmbərinə (s) göndərilməsi nəzərdə tutulur. Çünki Faran elə Məkkə özüdür.

“Sifri əşiyya” kitabında oxuyuruq: “Əşiyya dedi: Mənə əmr olundu ki, ayağa qalx və nəzər sal. Nə görürsən? Dedim: İki süvari görürəm. Onlardan biri ulağa, digəri dəvəyə süvar olub. Onlardan biri o birinə deyir: “Babil süquta uğradı . . . “[3] Ulağa süvar olanın həzrət Məsih, dəvəyə süvar olanın həzrət Məhəmməd (s) olduğu anlaşılır. Bildiyimiz kimi, Babil girami peyğəmbərin (s) besəti dövründə süquta uğradı.

b) Əhdi cədid: Matta İncilində deyilir: “Sizə deyirəm: Allahın ərşi tezliklə sizdən alınar və digər bir ümmətə tapşırılar. Onun səmərəsini götürərlər.”[4]

Yuhanna İncilində oxuyuruq: “Əgər siz bizi dost bilirsinizsə, vəsiyyətimizi qoruyun. Mən atadan istəyirəm ki, sizə digər bir farqlit göndərsin və o sizinlə əbədi qalsın. O haqq bir ruhdur. Dünyada hələ onu qəbul etmək gücü yoxdur.”[5]

Başqa bir məqamda oxuyuruq: “Həqiqətən, farqlit, haqq ruh atanın mənim adımla göndərəcəyi kəsdir. O sizə hər şeyi öyrədər və sizə dediklərimizi xatırladar.”[6]

Başqa bir məqamda deyilir: “Ata tərəfdən göndərəcəyim farqlit yanınıza gələr. O ata tərəfdən haqq bir ruhdur. O mənə şəhadət verər.”[7]

Yenə qeyd olunur: “Həqiqətən, mənim getməyim sizə xeyirdir. Çünki mən getməsəm, farqlit gəlməz. Mən gedəndən sonra o göndərilər. O dünyanı günahına görə məzəmmət edər.

Məndə sizin dözə bilməyəcəyiniz çox sözlər var. Amma haqq ruh gələndə sizə doğru yolu göstərər. Çünki o öz tərəfindən danışmaz. Yalnız eşitdiyini deyər. Ata üçün olan hər şeyi sizə tanıtdırar.”


[1] Sifri təkvin, 17-20.

[2] Sifri təsniyyə, 23-2.

[3] Sifri əşiyya, 21-6-9.

[4] Matta, 21-15.

[5] Yuhanna, 14-26.

[6] Yuhanna, 14-26.

[7] Həmin mənbə, 15-26.


Əliəsğər Rizvani
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031