8 şəvvalda dağıdılmayan yeganə məqbərə Ayətullah Xameneinin bəyanında
Mьəllif: admin1
Tarix: 13-07-2016, 20:16
Bцlmə: Xəbərlər
8 şəvvalda dağıdılmayan yeganə məqbərə Ayətullah Xameneinin bəyanında
Ayətullah Xameneinin Bəqi qəbirsanlığının dağıdılması ilə bağlı fikirləri
İslaminSesi Ayətullah Xameneinin 8 şəvval Bəqi qəbirsanlığının vəhhabilər tərəfindən dağıdılmasının ildönümündəki çıxışını təqdim edir :

“Burada daha bir acı və kədərləndirici məqam, müsəlman ümmətinin arasında bir qrupun meydana çıxmasıdır ki, çirkin fikirləri, geridə qalmış və xurafatçı məfkurələri ilə səhabələrə və islamın ilk çağının insanlarına hörmətlə yanaşmağı küfr və şirk bilirlər. Bu həqiqətən də müsibətdir. Bunlar həmin o şəxslərdir ki, onların əcdadı da imamların qəbirlərini Bəqidə dağıtdılar. Əgər o günlərdə islam dünyasının şərqindən Hindistan Yarımadasından Qərbinə Şimali-Afrikaya qədər bütün müsəlmanların etirazı olmasaydı onlar cürət edib Peyğəmbərin qəbrini də dağıdıb yerlə yeksan edərdilər. Görün necə də batil fikirli, necə də çirkin ruhiyyə, necə də pis düşüncəli insanlardır bunlar. Böyüklərə hörməti bu şəkildə aradan aparmaq və bunu dini bir vəzifə bilmək.

Onlar o zaman Bəqini dağıdanda bütün islam dünyası onlara etiraz etdi. İslam dünyasının şərqindən tutmuş qərbinə qədər bunlara qarşı səfərbər oldular. Yoxsa Peyğəmbərin məzarını da dağıdardılar”
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930