Məssi-meyit qüslü...
Mьəllif: admin1
Tarix: 25-01-2021, 10:41
Məssi-meyit qüslü...
Əgər bir şəxs bədəni soyumuş amma qüslü verilməmiş insan meyitini məss edərsə yaxud bədəninin bir hissəsini onun bədəninin bir hissəsinə vurarsa, gərək namaz və bu kimi əməllər üçün qüsl etsin. Bu qüsl “məssi-meyit” qüslü adlanır.

Meyitin bədənindən ayrılmış bir üzvə əl vurmaq (yaxud bədənin sair hissəsinə yetirmək), o üzv soyuduqdan sonra və qüslü verilmədən olarsa, meyitin bədəninə əl vurmaq hökmündədir.

Diri insanın bədənindən ayrılmış üzvü məss etmək (məsələn, ona əl vurmaq) qüslə səbəb olmur.

Aşağıdakı yerlərdə meyitin bədənini məss etmək qüslə səbəb olmur:

1. Meyitin bədəni hələ (tamamilə) soyumayıb;

2. Döyüş meydanında şəhid olub;

3. Üç qüslü verilib.

Hər vaxt meyitin qüslünün verilməsində şəkk etsək, onun cəsədini ya bədəninin hissələrini (soyuduqdan sonra) məss etmək məssi-meyit qüsluna səbəb olur və o qüslu vermədən namaz səhih deyil.

Amma əgər qüslün verilməsi məlum ola və onun səhih verilib-verilməməsində şəkk etsək, cəsədi ya bədənin hissələrini məss etmək qüslə səbəb olmur.

Məssi-meyit qüslü dəstəmaz üçün kifayət etmir və cənabət qüslündən fərqli olaraq məssi-meyit qüslü edən şəxs namaz qılmaq üçün dəstəmaz da almalıdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930