Çinli reportyor İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 5-07-2016, 21:47
Bцlmə: Xəbərlər
Çinli reportyor İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmini ziyarət edən Çinli reportyor İslam dinini qəbul edərək müsəlman olub.

Deyerler.Org ABNA-ya istinadən xəbər verir ki, Rəzəvi Qüds ostanının əcnəbi zəvvarların işləri idarəsi tərəfindən keçirilən mərasimdə Çinli reportyor Van Yun kəlimeyi-şəhadət gətirərək, müsəlman olub. İslamda Əhli-Beyt (ə) məktəbinə üz tutan Van Yun müsəlman olduğu üçün Əli adını özünə seçib.


O, Qurani Kərimin insanın bütün suallarının cavablandırılması üçün ən gözəl mənbə olduğunu deyib. "Mən aylardır fasiləsiz olaraq, İslam dinini, xüsusilə Cəfəri məzhəbini araşdırırdım. Mən İslamdan savayı daha əhatəli və mükəmməl bir din tapa bilmədim. Əslində digər dinlər mənim mənəvi boşluğumu doldurmaq iqtidarında deyil", - deyə o bildirib.


Mərasimin sonunda Rəzəvi Qüds ostanının əcnəbi zəvvarların işləri idarəsi tərəfindən yenicə İslam dinini qəbul etmiş çinli Əliyə İslam dini haqqında kitablar, namaz xalqçası, Qurani-Kərim və o cümlədən bəzi hədiyyələr verilmişdir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031