Portuqaliya vətəndaşı Məşhəddə İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 20-06-2016, 17:23
Bцlmə: Xəbərlər
Portuqaliya vətəndaşı Məşhəddə İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Portuqaliya vətəndaşı müqəddəs Məşhəd şəhərində Həzrəti İmam Rzanın (ə) hərəmində kəlimeyi-şəhadət deyərək İslam dinini qəbul edib.

Deyerler.Org Parstoday-a istinadən xəbər verir ki, İmam Rzanın (ə) Qüds ostanından verilən məlumata görə, Portuqaliya vətəndaşı katolik xristianı olan Siro Kardinal İslam dinini qəbul etməsindən sonra belə bir açıqlama verib: "İllərdir İslam dini və Əhli-Beyt (ə) məktəbi üzərində araşdırmalar aparmışam və bu araşdırmalar nəticəsində bu gün daha kamil olaraq, cəfəri fiqhi məktəbi ilə İslam dinini qəbul edirəm".

O, İslam dinini bəşəriyyətin bütün suallarını cavablandıra bilən kamil bir din olduğunu söyləyib. Portuqaliya vətəndaşı qeyri müsəlmanların İslama və Əhli-Beyt (ə) davamçılarının yoluna üstünlük vermələrinin kökündə, İslam dininin və Qurani-Kərimin dərin təsirinin olduğunu deyib.

Deyerler.Org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031