Yaşıl rəngli qidaların sağlamlığa faydaları
Mьəllif: admin1
Tarix: 13-06-2016, 10:36
Yaşıl rəngli qidaların sağlamlığa faydaları
Mütəxəssislər yaşıl rəngli - göyərtilərin, tərəvəzlərin, həmçinin, meyvələrin min bir dərdin dərmanı olduğunu bildirirlər.
Yaşıl rəngli qida dedikdə ilk öncə ağlımıza bibər, istiot, brokkoli, yunan qabağı, ispanaq, kivi, kələm gəlir. Bu qidalar sümükləri gücləndirir, dişləri qoruyur, immunitet sistemini möhkəmləndirir.
Yaşıl rəngli göyərtilər və tərəvəzlər bol miqdarda vitamin və mineral ehtiva edirlər.
Onların tərkibindəki dəmir, fosfor, kalsium, maqnezium mineralları, beta-karotin maddəsi, B1, B2, B3, C, E vitaminləri sağlamlığımız üçün əvəzedilməz rol oynayırlar. Qanazlığından, göz xəstəliklərindən, bağırsaq problemlərindən, ürək qüsurlarından əziyyət çəkənlər yaşıl bitkilərin sağaldıcı gücündən istifadə etməlidirlər. Belə qidalar cinsi istəyi artırır. Xərçəngə qarşı təsirlidir. Beyin funksiyalarını artırır. Yaşıl rəngli tərəvəz və meyvələrin kalorisi az olduğundan pəhriz saxlayanlar üçün ən yaxşı köməkçidir.
Qeyd edək ki, həkimlər sağlam qalmaq üçün hər gün ən az iki ədəd yaşıl rəngli meyvə və ya tərəvəz yeməyi məsləhət görürlər.saqlamheyat.az/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930