Meyvələrin faydası-Çiyələk haqqında
Mьəllif: admin1
Tarix: 23-05-2021, 10:28
Meyvələrin faydası-Çiyələk haqqında
Mütəxəssislər, rəngi, qoxusu və dadı ilə ən sevilən meyvələrdən biri olan çiyələkdə bol miqdarda fosfor və dəmir olduğunu ifadə edirlər.

Çiyələk həmçinin, B, C və K vitamini ilə zəngindir.Çiyələyin bəzi faydaları:

1. Çiyələk bədənə qüvvət verir, xolesterolu salır.

2. Çox yaxşı bir antioksidan olması səbəbiylə immunitet sistemini gücləndirir.

3. Xərçəngə qarşı qoruyucu xüsusiyyəti vardır və həzm sisteminin nizamlı işini təmin edir.

4. Bağırsaq qurtlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zərərli maddələri uzaqlaşdırır.

5. Diş ətlərini gücləndirir, ağız qoxusunu aradan qaldırır.

6. Sakitləşdirici təsirə malikdir, stresi azaldır, təzyiqi salır.

7. Revmatizm və qaraciyər narahatlıqlarına yaxşı gəlir .

Çiyələyin 100 qramında 37 kalori, 59 mg C vitamini (bu nisbət limondan belə çox), 1 mg natrium, 174 mq kalium, 21 mq kalsium var.

Mütəxəssislərin sözlərinə görə çiyələyin həzm edilməsi bir az çətin olduğu üçün mədəsi xəstə və tənbəl olanların çiyələk suyunu seçməsi daha məsləhətlidir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930