Ayətullah Vəhid Xorasaninin Ramazan barədə möhtəşəm vəsfi
Mьəllif: admin1
Tarix: 11-06-2016, 22:05
Bцlmə: Xəbərlər
Ayətullah Vəhid Xorasaninin Ramazan barədə möhtəşəm vəsfi
Ayətullah Vəhid Xorasanidən Ramazan ayının üstünlükləri və xüsusiyyətləri barədə möhtəşəm vəsf
İslaminSesi - İslam dünyasının tanınmış müctəhidlərindən olan ayətullah Vəhid Xorasani həzrət Peyğəmbərin (s) Ramazanın qarşılanması haqda xütbəsinə toxunaraq deyib:

Quranda gəlib ki peyğəmbərin dediyi yalnız vəhdir və o nəfsi istəkləri əsasında danışmaz. Baxın o insan Ramazanı belə bəyan edir: “Allah ayı sizə sarı gəlir bərəkətlə rəhmət və məğfirətlə.” Peyğəmbərin bu sözü nədən xəbər verir!? Bu ayda nələr baş verir ki peyğəmbər belə deyir. Baxın insanların əməlləri seçimlədir və ixtiyar üzündən həyata keçirilir. Onların əməllərinin dəyəri ona görədir ki seçimlədir. Əməl ixtiyar, seçim və iradə əsasında həyata keçərsə əsəri və nəticəsi olacaq. Burada ağılı çaşbaş salan və insanı heyrətləndirən məsələ budur ki Ramazanda insanın seçim üzərindən və ixtiyari olmayan əməli (nəfəs almaq kimi) də ixtiyari əməli kimi (namaz oruc və sair) dəyərə minir. Bax bu kəlmənin (Peyğəmbərin Ramazan haqda buyurduğu kəlmə ki orada deyilir: Sizin nəfəsləriniz belə təsbihdir və yuxunuz ibadət) mənasını onun əhli bilir. Baxın bu ay bir iksirdir. Bu ay elə bir iksirdir ki sənin qeyri-ixtiyari şəkildə aldığın nəfəsi sübhənallah zikri kimi dəyərləndirir. Ramazanın təsiri belədir. Peyğəmbərin kəlamının digər hissəsində deyilir ki sizin Ramazanda yatmağınız da ibadətdir. Bu aydakı yuxularınız çevrilir ibadətlərə. Buna görə deyirəm ki biz bu dinin həqiqətlərini hələ də başa düşməmişik”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930