İftarda təbii əczaxanaya müraciət edin
Müəllif: Admin
Tarix: 15-05-2019, 10:39
İftarda təbii əczaxanaya müraciət edin
Mübarək Ramazan ayının isti yay mövsümünə düşməsi ilə mütəxəssislər oruc tutan insanların bədəndəki halsızlığa və yorğunluğa qarşı oruc olmayan saatlarda meyvə istehlak edilməsinin lazım olduğunu bildirirlər. Meyvələrin faydaları aşağıda qeyd olunub:

Üzüm: Bədənə zərərli olan maddələrin təsirinə qarşı müqavimət göstərir. Qansızlığın müalicəsində təsirli olduğu kimi yüksək təzyiqi qarşısını alaraq tənzimləyə bilir. Ürək və xərçəngə xəstəliklərinə qarşı da bədənin müqavimətini artırır.

Qarpız: Qarpızın tərkibində olan laykopen maddəsi, xərçəngə qarşı qoruyucu xüsusiyyəti ilə tanınan A və E vitaminlərindən daha təsirlidir.

Qovun: Bol miqdarda B vitamini, brom və yod ehtiva etmə səbəbi ilə əsəbləri sakitləşdirir rahat yuxunu təmin edir. Damar tıxanıqlığı və qansızlıq üçün də çox təsirlidir.

Moruq: Yaşlı insanlarda tez-tez rast gəlinən yaddaş itkinlərinə qarşı çox təsirlidir. İshalın qarşısını alır, yaraları müalicə edir və ayaq yorğunluğuna aradan qaldırır.

Çiyələk: Bol miqdarda A, B1, B2, C və K vitamini, zülal, şəkər, meyvə turşusu, dəmir, fosfor, natrium, kalsium və kalium ilə zəngindir.

Şaftalı: Bol miqdarda A və C vitaminlərini özündə ehtiva edir. Su, mineral duzlar və şəkər ilə xeyli zəngindir. Qəbizliyi aradan qaldırır. Həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Öd kisəsi və böyrəklər üçün də son dərəcə faydalıdır.

Qayısı: Beynin nizamlı işini təmin edir, stressi də azaldır. Qaraciyərin zədəli hissələrini təmirini təmin edir. Sümüklərin və dişlərin düz və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Qan istehsalını artıraraq, qansızlığa mane olur.

Ərik: Yüksək antioksidan qabiliyyəti ilə yanaşı detoks quruluşlu gücü ilə də əhəmiyyətli dərəcədə qocalmaya qarşı insanı cavan saxlayan meyvədir. Həzm sistemində müsbət təsiri olduğu kimi yüksək antioksidan və C vitamini qaynağına sahib olaraq ürəyin də dostudur.

Albalı: C vitamini ilə zəngin olan albalıda, eyni zamanda B1, B2, B5 vitaminləri, maqnezium və kalsium da var. Albalı güclü bir ağrı kəsici olaraq tanınır. İşlər göstərir ki, 20 ədəd albalıda 12-25 milliqram antosiyanin maddəsi var. Bu da ağrı kəsici təsiri ilə tanınan Aspirindən 10 dəfə çoxdur.

Yay meyvələrinin hamısı təbii əczaxananın bir-birindən güclü dərmanları kimidir. Həm yay orucunu rahat keçirmək, həm yay mövsümünün ləzzətini almaq, həm də bədəninizi qışa daha sağlam hazırlamaq istəyirsinizsə yay meyvələrindən daha çox faydalanın
(habervaktim).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30